Reklamı bir sənət halına gətirərək adını qızıl hərflərlə yazdıran William Bill Bernbach, bu sektora yeni bir nəfəs gətirmişdir. Yaranmış qəliblərdən çox da kənara çıxılmayan bir dövrdə - 1950-ci illərdə Bernbach fərqli yanaşması, qaydalara qarşı çıxan, sərhədləri tanımayan ruhu ilə qısa zamanda bütün diqqəti öz üzərinə çəkə bilmişdi. O, ilk zamanlarda uğur qazana bilməsə də, daha sonrakı işləri ilə statistikaları alt-üst etməyi bacarmışdır:
Ətraflı
Leo Burnett “Marlboro”, “Tony the Tiger”, “Hallmark”, “McDonald’s”, “Samsung”, “Procter and Gamble”, “Heinz” kimi firmaların markalaşmasına səbəb olan, reklam aləminin dahisi kimi tanınan, “Leo Burnett” şirkətinin təsisçisidir. Amerikalı reklamçı 1999-cu ildə “Time Magazine” tərəfindən 20-ci əsrin 100 ən nüfuzlu şəxsindən biri olaraq seçilmişdir. O, gerçək bir marka rəssamıdır.
Ətraflı
David Ogilvy “Ogilvy & Mather” və “Ogilvy PR” reklam agentliklərinin qurucusu, əfsanəvi şotland reklamçıdır. 1962-ci ildə Amerikanın “Time” jurnalı David Ogilvy-ni “müasir reklam sənayesində ən məşhur sehrbaz” adlandırmışdı. Bir çoxları onu “reklam dahisi” adlandırırdılar. O, Dove‘u bu gün dünyanın ən tanınmış sabunu edən və brend olaraq formalaşdıran şəxs olaraq tanınır.
Ətraflı