


O, müştəri ilə agentlik arasında əlaqənin
qurulmasına nail olmuş, agentlikləri müştərinin tərəfdaşı halına gətirmişdir. İlk gündəlik radio
reklamı və canlı yayım üçün hazırlanmış ilk alış-veriş məqsədli radio proqramı
da Lasker və agentliyinin uğurudur. Lasker
reklamın nə olduğunu bilmədən çalışmağa başladığı üçün ilk işi reklamın nə
olduğunu anlamaq olmuşdur. O, etdiyi araşdırmaların nəticəsində reklamın “bilgi
vermək” olduğu qənaətinə gəlmişdir:


Lucy Strike siqaret markası satışları artırmaq üçün agentliklərinə müraciət edən
zaman, Laskerin etdiyi ilk şey markanın sloqanını - “It’s Toasted’’ (qızarmış)
araşdırmaq olmuşdur. Qarşısına çıxan nəticə sayəsində tütün yarpaqlarının
260-300 dərəcəyə qədər qızdırıldığı və beləliklə, nikotin və amonyakın
azaldığını öyrənmişdir. Lasker bu özəlliyi reklamda istifadə etmək qərarına
gəlmiş və bu siqaretin digərləri qədər boğazı qıcıqlandırmadığı haqqında mətn
yazmışdır: “20.670 həkim Lucky Strike’ın boğazı daha az qıcıqlandırdığını
söyləyir”. Beləliklə, kampaniyasına elmi bir təməl qazandıraraq
gücləndirmişdir. Albert
Laskerin reklamları uzun və mürrəkkəb olmaqla yanaşı, mütləq şəkildə elmi əsasa
dayanırdı.