William Bill Bernbach

William Bill Bernbach

William Bill Bernbach




Reklamı bir sənət halına gətirərək adını qızıl hərflərlə yazdıran William Bill Bernbach bu sektora yeni bir nəfəs gətirmişdir. 

Yaranmış qəliblərdən çox da kənara çıxılmayan bir dövrdə - 1950-ci illərdə Bernbach fərqli yanaşması, qaydalara qarşı çıxan, 

sərhədləri tanımayan ruhu ilə qısa zamanda bütün diqqəti öz üzərinə çəkə bilmişdi. O, ilk zamanlarda uğur qazana bilməsə də, 

daha sonrakı işləri ilə statistikaları alt-üst etməyi bacarmışdır: “Statistikaları dinləməklə o qədər məşğuluq ki, onları yarada biləcəyimizi unuduruq.




Bernbach bir çox agentliklərlə çalışdıqdan sonra 1949-cu ildə Ned Doyle və Mac Dane ilə birlikdə Doyle Dane Bernbach (DDB) reklam agentliyini qurmuşdur. 

DDB-də kreativ direktor olduğu zamanlarda reklam sektoruna damğasını vuracaq, illər sonra universitetlərdə tələbələrə dərs olaraq keçiriləcək reklam kampaniyaları hazırlamışdır. 





Bu işlərdən ən önəmli və məşhur olanlar Volkswagen üçün “Think Small”, Avis üçün “We try harder” ve Polaroid markalarına hazırladıqları reklam kampaniyaları olmuşdur. “Biz 2 nömrəyik. Buna görə daha çox çalışırıq.” Bu kampaniya hazırlanan zamanlarda Avis-in ən böyük rəqibi Hertz, çox az bir fərqlə bazarda lider hesab olunurdu və Avis sadəcə yüzdə on birlik bir bazar payına sahib idi. Digər tərəfdən şirkət 13 ildir ki, ziyan edirdi. Berbach “Avis sadəcə 2 nömrəli avtomobil kirayə şirkətidir. Niyə bizimlə gedəsiniz?” deyə soruşduqdan və “Çünki səhv etmək şansımız yoxdur. 1 nömrə olmaq üçün daha çox çalışırıq.” cavabını verdikdən sonra ildə 3.2 milyon zərər edən şirkət, 4.4 milyon gəlirlə 1.2 milyon qazanc əldə etdi. Çünki açıqlaması insanlara məntiqli gəlmişdi.



Dünyaya sübut edək ki, yaxşı zövqlü, əsər və yaxşı yazı satıla bilər!