
Leo Burnett

“Marlboro”, “Tony the Tiger”,
“Hallmark”, “McDonald’s”, “Samsung”, “Procter and Gamble”, “Heinz” kimi
firmaların markalaşmasına səbəb olan, reklam aləminin dahisi kimi tanınan,

“Leo Burnett” şirkətinin
təsisçisidir. Amerikalı reklamçı 1999-cu ildə “Time Magazine” tərəfindən 20-ci
əsrin 100 ən nüfuzlu şəxsindən biri olaraq seçilmişdir.

O, gerçək bir marka
rəssamıdır. İş həyatına məktəb qəzetində redaktorluq və müxbirlik edərək başlayan
Burnett, “Cadillac Motor” şirkətinin
reklamlarını hazırlamağa başlaması ilə mühüm bir uğura imza atmışdır. Bu uğurun
ardınca “Lfayette Motor” və “Homer McKee” agentlikləri ilə çalışaraq reklam
kariyerasında sürətlə yüksəlmişdir. Bu dövrlər reklam sahəsində terminlərin və fikirlərin yeni
formalaşdığı dönəmlər hesab olunurdu. Leo Burnett həm reklam yazarlığı, həm də
vizualla bağlı olan digər mövzularda bir çox ilklərə imza atmışdır. Müştərini
və onun davranışlarını anlamağa çalışan ilk şəxslərdən biri olduğunu deyə
bilərik. Leo Burnett üçün ən önəmli şey müştərini və
hədəf kütləni başa düşmək olmuşdur. O, yalnız bu zaman doğru sözləri seçməyin
mümkün olduğunu düşünürdü:

“Özünüzü müştərinin yerinə qoya bilmirsinizsə, böyük ehtimalla siz
reklam sahəsində olmamalısınız.”
Hər zaman sadəlikdən yana olan Burnett, reklamlarında daha çox adi və sıradan insanları
seçmişdir. Bilinməyən, absurd sözlərdən və vizuallardan istifadə olunmasına
qarşı çıxmışdır. Onun fikrincə, əgər hədəf kütləsi olan xalqa daha əvvəl
haqqında eşitmədiyi bir şey təqdim edilərsə, uğur əldə etmək və satışı artırmaq
daha da çətinləşəcəkdir. Çikaqoda reklam
məktəbi təsis edən Burnett fərqli sahələr üzrə təlimlər vermişdir. Hazırda bir
çox reklam və reklam yazarlığı dərslərində səsləndirilən və öyrədilən

“Yaradıcılıq bildiyiniz iki şeyi bilmədiyiniz bir şəkildə bir-birinə
bağlamaqdır.”
fikri Leo Burnett-ə məxsusdur. Bu gün ətrafımızda gördüyümüz
reklam ikonlarının çoxunda da onun izi vardır.