
David Ogilvy

“Ogilvy & Mather” və “Ogilvy PR”
reklam agentliklərinin qurucusu, əfsanəvi şotland reklamçıdır.
1962-ci ildə
Amerikanın “Time” jurnalı David Ogilvy-ni “müasir reklam sənayesində ən məşhur
sehrbaz” adlandırmışdı. Bir çoxları onu “reklam dahisi” adlandırırdılar. Dove‘u
bu gün dünyanın ən tanınmış sabunu edən və brend olaraq formalaşdıran şəxs
olaraq tanınır.

Çalışdığı bir çox
şirkəti dünya üzrə məşhurlaşdıran Ogilvy-nin sözləri müasir reklamçılığa
istiqamət vermişdir:
"Onlar reklam edib brendlərini
gücləndirməkdənsə, ucuz sataraq satışın həcmini artırmağı üstün tuturlar. Hətta
səfeh bir insan da məhsulun qiymətini aşağı sala bilər, ancaq brend yaratmaq
beyin və stabillik tələb edir." David Ogilvy Parisdə aşçılıq, müharibə zamanı agentlik,
müharibədən sonra fermer və satış təmsilçisi kimi bir sıra işlərlə məşğul olsa
da, ən sonda
reklam sahəsində daha uğurlu olduğunun fərqinə varmışdır.

Aşçı
olaraq çalışdığı müddətdə Müsyo Pitarddan çox çalışmaq, komanda işi, liderlik,
mükəmməliyyətçilik kimi mövzularda ilham almışdır. 1935-ci
ildə böyük qardaşının işlədiyi “Mather & Crowther” reklam agentliyində
həftəlik 9 dollar məvacib qarşılığında təcrübəçi olaraq işləməyə başlayan
Ogilvy burada çalışqanlığı və qabiliyyətləri ilə diqqət çəkmiş, 3 il sonra
müştəri təmsilçisi olmuş və agentlik tərəfindən Amerikaya göndərilmişdir. 38 yaşı olan zaman David Ogilvy 6000 dollarlıq
sərmayəsi, qardaşının verdiyi borc və təcrübəçi olaraq çalışmağa başladığı
reklam agentliyi “Mather & Crowther”ın Mather’ını verməsi ilə 1948-ci ildə
öz agentliyini (Hewitt, Ogilvy, Benson & Mather) qura bilmişdir. Son olaraq onun
bu fikirlərinin hər qurumda diqqətə alınması gərəkən sözlər olduğunu və bizim
də
“YelloAd” olaraq təməl prinsiplərimiz arasında yer aldığını deyə bilərik:

“Yeni bir müştəri qazanmağın yaxşı yolu, indiki
müştəriləriniz üçün gələcəkdəki müştərilərinizi cəlb edəcək maraqlı reklamlar
hazırlamaqdır.”