MARKETİNQ

INFLUENCER MARKETİNQ

İnfluencer marketinq xüsusi izləyici kütləsinə sahib olan və öz sahələrində mütəxəssis kimi görülən şəxslərin məhsullar haqda bəhs etməsi və bildirdiyi

Ətraflı

BREND KOMMUNİKASİYALARI

Brend kommunikasiyaları müasir marketinqdə ən vacib istiqamətlərdən biridir. Bu kommunikasiyalar markanı brend etmək və ya mövcud brendi daha da güclü

Ətraflı

PERFORMANS MARKETİNQİ

Performans marketinq dijital kanallar vasitəsilə həyata keçirilən bütün reklam fəaliyyətinin ümumi adıdır. Bu marketinq rəqəmsal marketinq dünyasında ildən ilə daha

Ətraflı

EVENT PLANNING

Bu, marketinq sahəsindəki ən məsuliyyətli işlərdən biridir. Tədbirin uğurlu təşkilinə həlledici təsir etdiyini düşündüyümüz 5 önəmli faktor var: yaradıcı konsept,

Ətraflı

PR

PR, başqa sözlə İctimaiyyətlə Əlaqələr markaya (şirkətə) yönəlik görüş və davranışlara təsir etmək, onları lazımı yöndə inkişaf etdirməklə nəticə əladə

Ətraflı

BTL

BTL məhsulun bazara yeridilməsinin ən yaxşı vasitələrində biridir. Bu fəaliyyət satış nöqtələrində, AVM-lərdə, küçələrdə, eləcə də, əhalinin çox toplaşdığı digər

Ətraflı

INFLUENCER MARKETİNQ

İnfluencer marketinq xüsusi izləyici kütləsinə sahib olan və öz sahələrində mütəxəssis kimi görülən şəxslərin məhsullar haqda bəhs etməsi və bildirdiyi təsdiq ifadələrini özündə cəmləşdirən bir sosial media marketinqidir. Bu, marketinqin son dövrlərdə populyarlaşan bir növüdür. Çox vaxt səhvən influencerlərlə işin sırf sosial media üzərindən aparıldığını düşünürlər. Lakin influencer marketinq olduqca çoxşaxəlidir və brend adına diqqətli iş tələb edən bir fəaliyyət sahəsidir. Bu marketinq xüsusi şəxslərin öz izləyiciləri ilə yaratdığı yüksək güvənə əsaslanaraq işləyir və onlardan gələn tövsiyələr markanızın potensial müştəriləri üçün sosial sübut forması olaraq xidmət edir.
Ətraflı

BREND KOMMUNİKASİYALARI

Brend kommunikasiyaları müasir marketinqdə ən vacib istiqamətlərdən biridir. Bu kommunikasiyalar markanı brend etmək və ya mövcud brendi daha da güclü etmək yolunda ən önəmli silahlardan biridir. KOMMUNİKASİYA KONSEPTİNİN YARADILMASI Kommunikasiya konsepti marka və ya onun hər hansı fəaliyyəti haqqında həqiqətlərin hədəf kütləyə çatdırılması ideyasıdır. Çox sevindirici haldır ki, qurduğumuz uğurlu konseptlər əməkdaşlıq etdiyimiz markaları hər zaman hədəflərinə doğru aparmışdır. KOMMUNİKASİYA PLANININ HAZIRLANMASI Kommunikasiya planının hazırlanması kommunikasiya konseptinin yaradılmasından əvvəl, bu konseptin yaradılmasını əsaslandıran formada hazırlanır. Çünki istənilən kommunikasiyanın uğuru onun həm də necə və hansı formada çatdırılmasından asılıdır. Bunu isə öncədən planlaşdırmaqla daha səliqəli və daha düzgün formada edə bilirik. Kommunikasiya planının hazırlanması üçün ilk növbədə mövcud vəziyyət analiz edilir. Hədəf kütləyə veriləcək mesajın vaxtı planlanır. Daha sonra mesajın veriləcəyi vasitələr və mesajın tonu müəyyən edilir. Kommunikasiya konsepti hazır olduqdan sonra plana yenidən baxaraq onu yeniləyirik. Bununla da planımızı hər zaman çağdaş saxlamağı bacarırıq... KOMMUNİKASİYA PLANININ İCRASI Kommunikasiya planının icrası onun hazırlanması qədər mürəkkəb və məsuliyyətli bir işdir. Bu zaman planlaşdırılan bütün detallar diqqətlə nəzərə alınmalı, ehtiyac varsa elə iş prosesindəcə plana revizələr edilməlidir. Buna görə də əksər hallarda planın icrasını da elə onu hazırlayan şirkətrlərə həvalə edirlər. Çünki heç kim planı hazırlayanlar qədər onu təsəvvür edə bilməz. KOMMUNİKASİYA PLANININ SONRADAN TƏHLİLİ İşin ən önəmli nöqtələrindən biri də məhz icra olunmuş planın sonradan təhlilidir. Bu, bizə harda səhv etdiyimizi, hansı qərarı yerində verdiyimizi analiz etmək imkanı verir. Sağlam agentlik özü icra etdyi planı müştərisiylə birlikdə təhlil edər və səhvləri birlikdə revizə edər. Bu gələcəkdə daha yaxşısına nail olmağa imkan yaradır.
Ətraflı

PERFORMANS MARKETİNQİ

Performans marketinq dijital kanallar vasitəsilə həyata keçirilən bütün reklam fəaliyyətinin ümumi adıdır. Bu marketinq rəqəmsal marketinq dünyasında ildən ilə daha da böyük iz qoyan onlayn reklam strategiyasıdır. Performans marketinq pərakəndə satış şirkətləri və əlaqəli qurumların öz işlərini müxtəlif yollarla inkişaf etdirmələrinə kömək edən reklam və yeniliklərin kombinasiyasından ibarətdir. Bu yanaşma ənənəvi marketinq metodları ilə müqayisədə daha metrikdir, detallı və ölçüləbiləndir.
Ətraflı

EVENT PLANNING

Bu, marketinq sahəsindəki ən məsuliyyətli işlərdən biridir. Tədbirin uğurlu təşkilinə həlledici təsir etdiyini düşündüyümüz 5 önəmli faktor var: yaradıcı konsept, doğru məkan seçimi (məkanı agentlik seçirsə), məsuliyyətli vendorlar, fors-majorlara hazırlıq və innovativlik.
Ətraflı

PR

PR, başqa sözlə İctimaiyyətlə Əlaqələr markaya (şirkətə) yönəlik görüş və davranışlara təsir etmək, onları lazımı yöndə inkişaf etdirməklə nəticə əladə edən effektiv kommunikasiya vasitəsidir. PR-ın məqsədi etibarı qorumaq, dəstəkləmək, artırmaqdır. Çoxlarının bildiyinin əksinə olaraq PR təkcə press-relizlərin yayımlanması demək deyil. Biz bu işə daha peşəkar yanaşır və xalqla əlaqələrin doğru qurulması üçün mövcud insaytlardan istifadə edirik. KORPORATİV PR (CPR) Korporativ PR şirkətin məhsuldarlığını artırmaq və onun hədəf kütlə tərəfindən təqdir olunmasını təmin etmək məqsədi daşıyan kommunikasiya aktivliklərinin cəmidir. STRATEJİ PR Ən sadə şəkildə desək, strateji PR şirkətin (brendin) strateji hədəflərinə çatmağa yönəlmiş bütün PR aktivliklərini əhatə edir. PR KAMPANİYALARI PR fəaliyyəti ilə bağlı olan, bir çox məcranı əhatə edən ardıcıl PR aktivlikləridir. MARKETİNQ PR (MPR) Şirkətin (brendin) marketinq fəaliyyəti ilə bağlı olan, daha çox satışa, marketinq fəaliyyətinə xidmət edən PR aktivliyidir.
Ətraflı

BTL

BTL məhsulun bazara yeridilməsinin ən yaxşı vasitələrində biridir. Bu fəaliyyət satış nöqtələrində, AVM-lərdə, küçələrdə, eləcə də, əhalinin çox toplaşdığı digər məkanlarda keçirilə bilər. Bu işlərinin uğurunda önəmli 4 faktor var: yaradıcı ideya, doğru məkan seçimi, düzgün zamanlama və düzgün icra. Biz hər zaman bu 4 faktoru önə çəkdiyimizdən gördüyümüz işlərdən həmişə müsbət effekt əldə etmişik.
Ətraflı