Biz dəliyik!

"We MAD!” deyiləndə təəccüblənməyin. Bəli, biz dəliyik! Amma ağılsız deyilik! Nə etdiyimizi çox gözəl bilirik. Çünki “We MAD! (We Make A Difference!)” konsepti ilə biz fərq yaradırıq! Bu fərqin əsas özəlliyi isə sizi fərqləndirmək və məhsulunuzu satmaqdır. Bəli, bizim işimiz budur! 

Yaratdığımız fərq sizin fərqinizdir. Bəzən dəlicəsinə olsa belə, məqsədi ağıllıcasınadır. Əməkdaşlığa başladığımız hər bir müştəri bizim üçün yeni bir yol yoldaşıdır. Biz etibarlı yol yoldaşıyıq. Bu yoldaşlıqda hər zaman Xeyir obrazındayıq. Sıradan olanlara “Xeyr” deyib, tərəfdaşlarımıza xeyir veririk.

Adi bir detaldan qeyri-adi kommunikasiya qura bilirik. Müştərinin fikirləri bizim üçün önəmli olsa da onun əldə edəcəyi fayda qat-qat daha önəmlidir. Çünki bizdən faydalanan müştərinin hər zaman bizimlə olacağına inanırıq. Onlar bəzən getsə belə, tezliklə geri dönürlər. 

Bizim üçün “ənənəvi reklam” və ya “müasir reklam” anlayışları yoxdur. Yaradıcılıq olan yerdə reklam hər zaman müasirdir. Bizim üçün zaman var, məkan var və bir də biz varıq! 
Biz dəliyik!

KORPORATİV MƏDƏNİYYƏT

Düzgün planlaşdırılmış, peşəkar və yaradıcı marketinq həllərimizlə bizi seçən hər bir kəs üçün FƏRQ YARADIRIQ!
KORPORATİV MƏDƏNİYYƏT

Escape

Escalate

Modeli

Empathy

Sympathy

Creativity

Dəyərlərimiz

Fərdi yanaşma

Bizdə şablon işlər olmur. Biz bütün müştərilərimizə fərdi yanaşır, onlara özəl işlər görürük.

Yaradıcılıq və innovasiya

Yaradıcı olmayan iş bizdə iş sayılmır. İşi görərkən hər zaman yeni bir şeylər də etməyə çalışırıq. Yenilikçilik və fərqli bir şeylər etmək bizə stimul verən əsas yaradıcılıq hormonudur.

Professionallıq və keyfiyyət

İşimizə peşəkar yanaşırıq. Ona görə də bizdə keyfiyyət problem deyil - olmazsa olmazdır!

Konfidensiallıq

Gördüyümüz işin məsuliyyətini yaxşı dərk edirik. Müştərinin sirrini özümüzün ən vacib sirrimiz kimi qoruyur, bu sirrin eyni zamanda həm özümüz, həm də şirkətimiz üçün bir etibar sınağı olduğunu yaxşı başa düşürük.

Deadline-lara hörmət

Deadline - sektorumuzun əksər şirkətlərində problem olsa da bizdə problem deyil. Çünki biz işimizi dəqiq və doğru planlaşdırırıq. Buna görə də ölkədə deadlinelara ən yaxşı əməl edən ən yaradıcı agentlik bizik!

Müştərilər

Bizim komanda

TƏSİSÇİLƏR

Azər

Namiq

KOMANDAMIZ

Anar

Mina

Nigar

Nuray

Firuzə

Ibrahim

Nigar

Nailə

Gül

Mələk